Erməni əsgərlər arasında atışma olubbackend

Erməni əsgərlər arasında atışma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-cı dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi əldə etdiyi məlumata əsasən informasiya yayıb.

Bildirilib ki, şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizəsinə səbəb olub.