Erməni əsgərləri imdad diləyir – 2 GÜNDÜR Kİ, ACIQ – VİDEObackend

Erməni əsgərləri imdad diləyir – 2 GÜNDÜR Kİ, ACIQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə erməni hərbçilərinin yeni görüntüləri yayılıb.

Feysbukda yayımlanan yeni görüntülərdə erməni hərbçiləri iki gündür ac olduqlarını, vəziyyətlərinin getdikcə ağırlaşdıqlarını bildirirlər. Samvel Avaqyan adlı sosial şəbəkə istifadəçisi videonu “Azərbaycanlılara ehtiyac yoxdur, içimizdəki düşmənlər bizə genosid edir” başlığı ilə paylaşıb.

Qeyd edək ki, həmin görüntülərin altına çox sayda ermənilər şərh yazıb. Onlardan bir neçəsini təqdim edirik:

Artsuni Avetisyan: “Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil, ordumuz hər gün torpaqları təhvil verir, qoyunlarımız hələ də xain Nikloya dözürlər”

Lucie Gevorgyan: “Azərbaycanlılar bizə baxıb əylənirlər. Bu videonu aidiyyatı qurumlara göndərib sonra yayın.

Gagik Şermazanyan: “Cəbhədə olan bu 18 yaşlı uşaqlar niyə kərtənklə kimi ağlayırlar? Mitinqlərdə insanları təkləyib döymək asan idi, müharibə necədir?

//Yeniavaz