Erməni general Azərbaycan ordusu ilə görüşə gəldi – Sərhəddə danışıqlarbackend

Erməni general Azərbaycan ordusu ilə görüşə gəldi – Sərhəddə danışıqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistanla Azərbaycan nümayəndələri arasında sərhəddə yerləşən Tex kəndi yaxınlığında görüş baş tutub.

Editor.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

Qəzet görüşdə Rusiya sülhməramlı nümayəndə heyətinin də iştirak etdiyini iddia edib:

“Mənbəmiz deyir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da həmçinin Zəngəzurda (Tex kəndi Zəngəzura tabedir – red.) olub. O, azərbaycanlıları bir müddət əvvəl ələ keçirdikləri mövqelərdən geri çəkilməyə razı salmağa cəhd edib. Ən azından onlara “Dostluq abidəsi” məntəqəsinə qədər geriləmələri təklif edilib. Lakin danışıqlar nəticə verməyib və Azərbaycan ordusu hələ də Tex kəndindən bir qədər aralıda yerləşməyə davam edir. Ümumiyyətlə, azərbaycanlılar ermənilərdən fərqli olaraq heç vaxt öz nailiyyətlərindən imtina etmirlər”.

Qeyd edək ki, bundan öncə Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni yüksəkliklərə nəzarəti ələ keçirdiyini açıqlayıb. Ermənistan tərəfi bunun Azərbaycanla əldə olunan razılıq əsasında baş tutduğunu desə də sonradan bu ərazilərin bir qismində ordularımızın doğru mövqedə yerləşmədiyini iddia edib.

Bununla belə Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl adı çəkilən bölgədən ordu bölmələrini geri çəkəcəyini və orada sərhəd qoşunlarını yerləşdirəcəyini açıqlayıb.