Sarkisyan adına hərbi universitetin keçmiş rəisi, ehtiyatda olan general Armen Kaqramanyan da qiyamçı hərbçilərin tərəfinə keçib.
Editor.az musavat.com-a istinadən xəbər verir ki, general bildirib ki, o, Silahlı Qüvvələrin Baş Qərargahını dəstəkləyərək, Nikol Paşinyanın istefası ilə bağlı tələbə qoşulur. “Birmənalı şəkildə dəstəyimi bildirirəm”, – deyə Kaqramanyan əlavə edib. Bildirib ki, baş qərargah rəisinin və zabit heyətinin imzaladığı bəyanat tamamilə doğrudur.
Qeyd edək ki, bundan əvvəl Ermənistan ordusunun polkovniki də eyni məzmunlu mövqedən çıxış etmişdi.

