Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Zəngəzurda (Sünikdə) həqiqi hərbi xidmətə çağırılmış əsgərin ölümü ilə bağlı detalları açıqlayıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçu minaya düşərək deyil, ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.
MTX-nın məlumatında bildirilir ki, hadisənin təfərrüatını araşdırmaq məqsədilə cinayət işi açılıb və ibtidai istintaq aparılır.