Erməni hərbçiləri Paşinyanı əsassız ittihamlara son qoymağa çağırdıbackend

Erməni hərbçiləri Paşinyanı əsassız ittihamlara son qoymağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələri Baş nazir Nikol Paşinyanı onların ünvanına əsassız ittihamların dayandırılmasına çağıran bəyanat yayıb.

“Xalqımızın oğullarından ibarət Silahlı Qüvvələr milli təhlükəsizliyə təhdidləri əvvəlcədən görərək, Silahlı Qüvvələrin və ayrı-ayrı vəzifəli şəxslərin ünvanına əsassız ittihamları yolverilməz hesab edir və təkidlə dayandırmağa çağırırlar”, – bəyanatda deyilir. Onun mətnini Baş Qərargahın nümayəndəsi Samvel Asatryan feysbukda paylaşıb.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bəyanatda Silahlı Qüvvələrin rəhbərliyi ölkədəki vəziyyətin əvvəlki qiymətləndirilməsini təsdiqləyib. Hərbçilər vurğulayıblar ki, “Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdlərinə baxmayaraq, onlar əyilməz, ağıllı və qətiyyətli olaraq qalırlar”.

“Yaranmış vəziyyət sübut edir ki, Silahlı Qüvvələr yalnız dövlət maraqlarını əsas tuturlar, Ermənistan Respublikası Konstitusiyasının normalarına əsaslanaraq, yalnız öz xalqına xidmət edirlər”, – bəyanatda qeyd olunur.

Qeyd edək ki, ötən cümə axşamı günü Silahlı Qüvvələr hökumətin və onun başçısının istefasını tələb etmişdi. Paşinyan bunu hərbi çevriliş cəhdi kimi qiymətləndirmişdi. Bazar ertəsi tərəfdarlarının mitinqində Baş nazir bildirmişdi ki, generaliteti əvvəlki hakimiyyətin nümayəndələri, xüsusən də Serj Sarqsyan qızışdırır.