Erməni jurnalist ŞOK görüntüləri yaydı: “Baxın, müharibəyə hazırlaşırlar” – VİDEObackend

Erməni jurnalist ŞOK görüntüləri yaydı: “Baxın, müharibəyə hazırlaşırlar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan şərti sərhədin Qaragöllər hissəsində magistral yola təxminən 400-500 metr yaxınlıqda səngərlər, sığınacaqlar qazır.

Bunu hərbi reportyor Səxavət Məmməd deyib.

O bildirib ki, bununla bağlı fotoları erməni jurnalist Nairi Hoxikyan yayıb. N.Hoxikyan Azərbaycanın da səngər qazıb möhkəmləndiyini vurğulayıb.

“Baxın, düşmən burnumuzun dibində yollar, tunellər inşa edir, hərbi cəhdlər edir və böyük bir müharibəyə hazırlaşır”, – o iddia edib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanda yeni qəbirlərin qazılması ictimaiyyətdə böyük narahatlıqla qarşılanmışdı.

Qeyd edək ki, Azərbaycan yalnız işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğul olur. Bakı daha əvvəl yaydığı bəyanatlarda regionda sülhə sadiq olduğunu elan edib.

//Globalinfo.az