Xankəndi aeroportunun yanında məscid açılışının olması və bu səbəblə qurban kəsilməsi erməniləri bərk hiddətləndirib.
Editor.az xəbər verir ki, bu barədə erməni jurnalist Bella Lalayan öz feysbuk hesabında paylaşım edib. O, bir çox Ermənistan vətəndaşının bu hadisəni normal qarşılamasına etiraz edib.
“Görürəm ki, bir çox insan bu təhqiredici və anormal addıma haqq qazandırır, əsas olaraq sülhməramlıların arasında müsəlmanların olduğunu göstərirlər. Lakin həmin müsəlmanlar aeroportdan bir neçə kilometr uzaqlıqda yerləşən Ağdama çox rahat şəkildə gedə bilərlər. Axı bu yanaşma nədir? Niyə öz ölkənizdə bizi alçaldan hər cür hadisəyə haqq qazandırmağa çalışırsınız? Kilsəmizdə dua etmək üçün Şuşaya gedə bilərsiniz? Onlar kilsələrimizi dağıdıb yerində məscid inşa edirlər və biz burada məscid tikildiyi üçün əl çalırıq, çünki sülhməramlıların arasında müsəlman var? Xankəndi hava limanı normal fəaliyyətə başlayanda ölkəmizdə ilk görünəcək şeyin məscid olmasının nə demək olduğunu bilirsiniz? Bu hadisədən sonra oraların tarixi erməni torpağı olduğunu sübut edə biləcəyik? Biz müharibə yaşayan bir ölkəyik və hər hadisədəki gizli minaları görməliyik ki, ayağımızın altında partlayıb bizi parçalamasın”,-deyə o bildirib.
//Yenisabah

