Erməni KİV Armen Qriqoryandan sitat gətirdi: “Qarabağ məsələsi bağlanıb”backend

Erməni KİV Armen Qriqoryandan sitat gətirdi: “Qarabağ məsələsi bağlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ məsələsi bağlanıb”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vətəndaşlarla görüşdə deyib.

Məlumata görə, bir qrup şəxs görüş üçün şura katibinə müraciət ediblər. Armen Qriqoryan onları qəbul edib.

Görüş zamanı həmin şəxslər Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı məsələ qaldırıblar, müzakirə aparmaq istəyiblər. Lakin Təhlükəsizlik Şurasının katibi bu barədə danışmayıb. Soyuq atmosferdə keçən görüş tez bir zamanda yekunlaşıb.

Oxu.az