“Erməni lobbisi ABŞ-in xarici siyasətinə ciddi təsir edir”- ŞƏRHbackend

“Erməni lobbisi ABŞ-in xarici siyasətinə ciddi təsir edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı əsassız iddialar və dini cəhdindən sonra Azərbaycanda təqiblər haqqında fikirlər irəli sürməsi yolverilməzdir”.

Bu sözləri Editor.az-a ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı əsassız iddialar irəli sürməsi ilə bağlı danışarkən politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycanın uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin əsas götürülməsi xüsusi olaraq vurğulanmalıdır:

“Yəni, Azərbaycan öz suveren ərazilərində konstitusion quruluşu bərpa edərək separatizmə son qoyur, lakin biz bunu antiAzərbaycan qüvvələrinin tamamilə başqa formada təqdim etdiyini görürük.

Eyni zamanda, ABŞ Dövlət Departamentinə təsir edən əsas amil Daniella Aşbaxyan adında erməni dövlətinin maraqlarını qoruyan bir şəxsin hesabatı olub. Bu bir daha deməyə əsas verir ki, erməni lobbisi nə qədər güclü şəkildə ABŞ-nin xarici siyasətinə təsir edə bilir. Həmçinin ABŞ-nin burada öz milli və dini maraqları pozulur. Çünki xarici ölkə maraqlarını ABŞ-da təmsil etmək qanunla qadağandır. Federal Təhlükəsizlik Bürosunun bu istiqamətdə xüsusi şöbəsi fəaliyyət göstərir və xarici ölkə təsirlərini aradan qaldırmaqla bağlı ardıcıl iş aparır. Amma bütün bunlara baxmayaraq, Azərbaycanı dini nəzarət siyahısına daxil ediblər. Azərbaycan isə multikultural və tolerant dəyərləri ilə bütün dünyada fərqlənir.

Azərbaycanda müxtəlif din nümayəndələri ABŞ Dövlət Departamentinin atdığı məkrli addımı tənqid edərək qınayıblar”.

//Səbinə Hüseynli, Editor.az