Erməni müəllim: Paşinyanı öldürək, ailəsini yandıraq!backend

Erməni müəllim: Paşinyanı öldürək, ailəsini yandıraq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

Editor.az axar.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan), Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.

Tarix müəllimini qarşı cinayət işi açılıb.