Erməni müxalifəti növbəti mitinqin gününü elan etdibackend

Erməni müxalifəti növbəti mitinqin gününü elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı “Vətəni xilas hərətakı”nın növbəti mitinqi 1 mart, saat 16.00-da başlayacaq.

Editor.az musavat.com-a istinadən bildirir ki, bununla bağlı 27 fevralda Baqramyan prospektində keçirilən aksiyada müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan bildirib. Bazar günü aksiyanın olmayacağını deyən Manukyan əlavə edib ki, növbəti həftənin birinci günündən irəli getməyə başlayacaqlar. “Mən inanıram ki, birinci gün biz polisin və milli təhlükəsizlik xidmətinin ordunu müdafiə etdikləri barədə bəyanatını eşidəcəyik”, V.Manukyan bildirib.

Erməni müxalifəti artıq üçüncü gündür Baqramyan prospektində qurduğu çadırlarda gecələyir. Günboyu davam edən aksiyalarda Nikol Paşinyanın istefası tələb olunur.