Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Cermuk yaxınlığında yerləşən mövqeləri tərk etməsi ilə bağlı məlumatlar yayılır.
Editor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlama yayıb.
O, yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib:
“Bu cür saxta və yalan məlumat yaymamağa çağırırıq”.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində erməni ordusunun Cermukdan geri çəkildiyi haqda məlumat yayılıb və bu həyəcana səbəb olub./Axar.az