Erməni Rusiyada məşhur ginekoloqu öldürdü – “Arvadıma baxmamalı idi”backend

Erməni Rusiyada məşhur ginekoloqu öldürdü – “Arvadıma baxmamalı idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Perm şəhərində dəhşətli hadisə baş verib.

Artyom şəhər xəstəxanasının ginekoloqu Aleksandr Alişevski 2023 –cü ilin mart ayında faciəvi şəkildə həyatını itirib. Ən dəhşətlisi də odur ki, Alişevski həyatını qurtardığı pasientin əri tərəfindən qətlə yetirilib.
“Medicina” xəbər verir ki, bir gün əvvəl qanaxma ilə pasiyent gətirilib. Hamiləliyini xilas etmək mümkün olmasa da, həkim xəstənin həyatını qurtarıb.

Ertəsi gün həkim Alişevskinin evinə pasiyentin qanuni həyat yoldaşı Narek Poqasiyan peyda olub. Həkim düşünüb ki, Poqasyan təşəkkür üçün onların evlərinə kimi gəlib çıxıb.
Lakin o təşəkkür üçün deyil, həkim Alişevskini qətlə yetirmək üçün gəlibmiş.
Narek həkimi bıçaqla öldürərək, hadisəyə şahid olan azyaşlı qızının əl-qolunu bağlayıb, telefonu götürərək gözdən itib.

Narek Poqasyan həkimi öldürmə səbəbini açıqlayıb. Həkim kişi olduğu üçün onun arvadını nəinki əməliyyat etməməli, hətta çılpaq vəziyyətdə görməməli idi.
Sonradan belə bir iddia irəli sürüb ki, guya həkimi öldürməkdə səbəb, onun arvadını çılpaq görməsi deyil, uşağının həyatını qurtara bilməməsi idi.

Nəzərə alaq ki, xəstə kəskin qanaxma ilə xəstəxanaya çatdırılmışdı. Alişevski ekstra – əməliyyat keçirərək pasentini həyatını qurtarmalı idi. Bəzən belə situasiyalarda ya uşağın həyatı qurtarılmalıdır, ya da ananın.
Xatırladaq ki, Alişevskinin ailəsi həkimlər sülaləsindən idi. Onun anası da tanınmış ginekoloq idi.
Aleksandır Alişevski Rusiya Federasiyasını fəxri adına layıq görülən həkim – ginekoloq idi.
Narek Poqasyanı Rusiya Federasiyasının qanunlarına görə, 15 il həbs cəzası gözləyir.
İstintaq Komitəsinin Mərkəzi Aparatında araşdırma işləri davam etdirilir.