Erməni separatçıları təxribatlarına davam edir: “Ermənistanın havadarları onu qızışdırmağa davam etdikcə…”backend

Erməni separatçıları təxribatlarına davam edir: “Ermənistanın havadarları onu qızışdırmağa davam etdikcə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Müdafiə Nazirliyindən qeyd olunub.

Politoloq Tural İsmayılov Editor.az-a bildirib ki, göründüyü kimi Ermənistanı qızışdıran üçüncü tərəflər bu prosesdə istəklərinə nail olmaq üçün fəaliyyətlərini davam etdirirlər:

” Bütövlükdə 10 noyabr bəyanatının müddəalarına Ermənistan əməl etməlidir. Təəssüflər olsun ki, bu günə qədər dəfələrlə Ermənistan cəbhə xəttində gərginlik yaratmağa çalışıb. Bu konteksdə Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatları tam yerinə düşür. Ermənistanın havadarları onu qızışdırmağa davam etdikcə biz müxtəlif provakasiyaların, təxribatların şahidi olacağıq. Ermənistan ondan Azərbaycan və Türkiyə əleyhinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışan üçüncü qüvvələrə daha çox inanır. Ermənistanın arxasında duran beynəlxalq imperialist qüvvələr də regionda gərginliyin qalmasında maraqlıdır. Paşinyanın dediyi kimi Ermənistan ordusunun bu məsələlərə aiddiyyatı olmaması məsələsi beynəlxalq auditoriyaya ünvanlanmış saxta mesajlardan biridir. Hal-hazırda Qarabağdakı separatçılarla indiki Ermənistan hakimiyyəti arasında müəyyən çatlar mövcud olsa da koordinasiyanın tam olaraq itdiyini də demək olmaz. Azərbaycan Ermənistan tərəfindən 10 noyabr bəyanatının müddəalarına tam əməl olunana qədər öz antiterror əməliyyatlarını davam etdirəcək. Əks təqdirdə Ermənistan provokasiyaları dayandırmasa antirerror əməliyyatları da müddətsiz olacaq”.

//Gülnarə Abasova, Editor.az