Erməni separatçıların Rusiyadakı “nümayəndəliyinin” fəaliyyəti dayandırıldıbackend

Erməni separatçıların Rusiyadakı “nümayəndəliyinin” fəaliyyəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni separatçıların Rusiyadakı “nümayəndəliyinin” fəaliyyəti dayandırılıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi.

Qeyd olunur ki, “nümayəndəlik” həqiqətən də o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb.

Diplomatik mənbələrə istinadla o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra “nümayəndəliyin” funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu.

“Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb”, – deyə qəzetdən bildirilir.