Erməni spiker Paşinyanın Soçiyə gedəcəyini açıqladı: “İnanıram ki, görüş baş tutacaq”backend

Erməni spiker Paşinyanın Soçiyə gedəcəyini açıqladı: “İnanıram ki, görüş baş tutacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri – İlham Əliyev və Vladimir Putinlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

“Bəli, məndə olan məlumata görə, o gedəcək. İnanıram ki, görüş baş tutacaq”, – deyə Simonyan bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

Oxu.az