Erməni telegram kanallarının növbəti “fake”i – Gəncədə hərbi hissədə yanğın məlumatı yalandırbackend

Erməni telegram kanallarının növbəti “fake”i – Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra erməni telegram kanallarında Gəncə şəhərində hərbi hissədə yanğın olması ilə bağlı saxta xəbərlər və görüntülər paylaşılıb.

Erməni kanalları növbəti dəfə “fake” xəbər yaymaqla hansısa Azərbaycan cəmiyyətində müəyyən panika yaratmğa çalışıblar.

Məsələ ilə bağlı Trend Fövqəladə Hallar Nazirliyinə sorğu göndərib.

Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Gəncə şəhəri, Sevinc qəsəbəsidə yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

Bununla da erməni kanallarının növbəti yalanı ifşa olundu.