Erməni terror təşkilatı VOMA-dan ŞOK ÇAĞIRIŞ: Silahlanın və hazırlaşın!backend

Erməni terror təşkilatı VOMA-dan ŞOK ÇAĞIRIŞ: Silahlanın və hazırlaşın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni terror təşkilatı olan VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Azərbaycana qarşı müharibə çağırışı edib.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkə platformalarında edilən çağırışda terrorçular əhalini kütləvi şəkildə silahlanmağa səsləyib.

“Biz nə qədər ki, hansısa kağız parçalarına ümid edəcəyik, düşmənin belə fəaliyyətləri davam edəcək. İndi isə yeni trend var: “ABŞ “arsax”ı tanıyacaq və bütün problemlərimiz həll ediləcək”.

Əgər siz sabah türklərin (Osmanlı, Xəzəryanı) İrəvanın ətrafında peyda olmasını istəmirsinizsə, cəfəngiyatla məşğul olmayın, özünüzdən başlayın. Silahlanın və hazırlaşın!

Düşməni Ermənistan ordusu və siz qarşılayacaqsınız: milislər, ezam olunmuşlar, könüllülər, ruslar, amerikalılar, avropalılar, marslılar yox!” – çağırışda bildirilib.

Qeyd edək ki, VOMA uzun müddətdir Ermənistanda, o cümlədən Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərir. Bu terror qruplaşması səngərlər qazır, mülki şəxslərə silahla davranmağı öyrədir və Azərbaycana qarşı nifrət yayır.

VOMA-nın qurucusu və rəhbəri Vova Vardanovdur.