“Azərbaycan öz ərazisində silahsızlaşdırma əməliyyatı keçirir. Bəzən insanlar antiterror əməliyyatı ilə müharibə arasındakı fərqi doğru anlamırlar. Müharibə hərhansı bir dövlətlə aparıla bilər. Azərbaycan isə Ermənistanla müharibəni 44 günlük qələbə ilə başa vurub. Hal-hazırda Azərbaycan Qarabağdan qanunsuz silahlı erməni birləşmələrini təmizləmək üçün ” Qisas” antirerror əməliyatı həyata keçirir. Bu, müharibə deyil”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Azərbaycan 10 noyabr Üçtərəfli Bəyanatın 4-cü bəndini yerinə yetirir:
“Çünki bəyannamənin şərtlərinə görə erməni silahlı birləşmələri torpaqlarımızı çoxdan tərk etməli idi. Rəsmi Bakı bu istiqamətdə Rusiya, Ermənistanla dəfələrlə diplomatik danışıqlar aparıb, ancaq praktiki nəticə əldə edilməyib. Artıq Azərbaycan öz işini özü həll edir və Ermənistan rəhbərliyi də bu prosesdə müəyyən qədər neytral qalıb. Antiterror əməliyyatlarının həyata keçirilməsi çox vacib idi. Qarabağda terrorçularının qalması gələcək perspektivdə bizim üçün çox təhlükəlidir. Yerləşdiyimiz coğrafiya tələb edir ki, biz bütün proseslərə hazır olaq. Beləliklə, Azərbaycan öz haqq işini həyata keçirtməyə davam edir”.
//Gülnarə Abasova, Editor.az

