Erməni təxribatları DAVAM EDİR: Səbəb və məqsəd nədir?-AÇIQLAMAbackend

Erməni təxribatları DAVAM EDİR: Səbəb və məqsəd nədir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Ordusunun təxribatları davam edir. Xəbər verdiyimiz kimi, dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törədilən təxribat nəticəsində  hərbi qulluqçumuz Ayaz Nəzərov şəhid olub. Bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.  Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.

Ermənistanın səngimək bilməyən təxribatlarını Editor.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, ermənilərin Azərbaycana qarşı təxribatlardan birdəfəlik əl çəkməsi reallıqdan uzaq bir məsələdir:

“Ermənistan nə qədər ki, tarixdə mövcuddur hər zaman müxtəlif vasitələrlə təxribata əl atacaq. Sadəcə maraqlısı budur ki, təxribatlar sistemli şəkildə olacaq yoxsa Ermənistandakı ayrı-ayrı qrupların təxribatları şəklində davam edəcək. Məlum məsələdir ki, Ermənistan dövlətində, ordusunda bir sıra şəxslər xarici ölkələrdən göstərişlər alırlar.  Digər bir qisim şəxs isə Köçəryan və Sarkisyanın  əlaltılarıdır. Bu aspektlər onu göstərir ki, Ermənistanda vahid ordu idarəetməsindən söhbət gedə bilməz. Hər bir halda  dünən sərhəddə baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan öz addımlarında hər zamankı kimi qətiyyətlidir. Hər bir erməni təxribatı Ermənistan dövlətçiliyinə böyük zərbələr vuracaq. Üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistanın atdığı hər bir addım Ermənistanın əleyhinə olub. Azərbaycan 44 günlük müharibədə bərpa etdiyi tarixi ədaləti bundan sonrada öz hərbi, siyasi xəttində qoruyub saxlayacaq və Ermənistan dövlətçiliyi daima zərbə altında qalacaq. Çünki Ermənistan sülh istəmir, təxribatları davam etdirir. Bu isə o deməkdir ki, Cənubi Qafqazda belə bir dövlətin mövcudluğu faktiki olaraq qonşu ölkələr üçün də təhdiddir”.

//Gülnarə Abasova, Editor.az