Erməni təxribatları onların iç üzünü dünyaya göstərirbackend

Erməni təxribatları onların iç üzünü dünyaya göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan artıq 10 noyabr 2020-ci il tarixli bəyanatında 3 il ərzində Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi 2 ildən də tez bir müddətdə yerinə yetirdi. Ermənistanın 10 noyabr bəyanatına görə, Laçın dəhlizinin keçdiyi Laçın şəhəri Zabux kəndi, Sus və Aşağı Sus kəndlərindən keçən o yolu Azərbaycanın nəzarətinə  verməsi ilə bağlı prosesi artıq yekunlaşdırmaq üzrədir. Təbii ki, bu Ermənistanın maraqlarına ziddir və mümkün qədər bu prosesi uzatmağa çalışırdılar, amma Azərbaycanın sərt, prinsipial mövqeyi yenə də masadadır”.

Bu fikirləri Editor.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 12 avqustda Qobustan, Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı səsləndirdiyi ciddi mesajlar artıq ünvanına çatıb:

“Ermənistan tərəfi 3 avqustda Azərbaycan Silahlı Qüvvələrinə qarşı etdiyi təxribatın layiqli cavabını artıqlaması ilə verməyimizdən sonra Ermənistan bir daha xatırlayır ki, Azərbaycanla oyun oynamaq olmaz və bunun nəticəsi çox ağır olar. Məhz bu prosesdən sonra ermənilər Azərbaycana Prezident İlham Əliyevin də qeyd etdiyi kimi müəyyən qədər vaxtın verilməsi ilə bağlı müraciət etdilər. Proses ayın sonuna doğru yekunlaşacaq. Amma yenə də qarşımızdakı təxribatçı və hiyləgər düşməndir. 30 ilə yaxın bir müddətdə qanunsuz bizim ərazilərə yerləşən, Azərbaycan vətəndaşlarını öz ata-baba yurdundan didərgin saldıqları həmin azərbaycanlılara sağolu bu şəkildə deyirlər. Yəni ki, bizə aid olan evlərə, tikililərə, obyektlərə zərər vururlar. Hətta canlı təbiətə qarşı vəhşilik edirlər. Bu da erməni xisləti ilə bağlıdır”.

Xəyal Bəşirov qeyd edib ki, əslində bu hadisələr ermənilərin iç üzünü bütün dünyaya bəyan edən çox gözəl sübutlardır:

“Biz hər bir halda həmin ərazilərə, təbiətə zərər verilməsinin qarşısını almağa çalışmalıyıq. Burada əsas vəzifə Ermənistan hakimiyyətinin və sülhməramlı qüvvələrin üzərinə düşür. Çox təəssüfki, onların bu prosesin qarşısını almağa səy göstərmələrini görmürük. Erməniləri ciddi şəkildə narahat edən məsələlərdən biri də ondan ibarətdir ki, zamanında Laçın dəhlizindən istədikləri kimi istifadə edirdilər,qanunsuz silahlı birləşmələrin hərəkətinə heç bir maneə törədilmirdi. İkinci Qarabağ müharibəsindən sonra da bu proses  ordumuzun nəzarətinə baxmayaraq yenə də davam etdirilirdi. Amma artıq alternativ yol Azərbaycanın seçdiyi ərazilərdən keçir. Bu ərazilər heç də həmin qanunsuz birləşmələr, qanunsuz Azərbaycana səfər edən şəxslər üçün o qədər də əlverişli olmayacaq. Çünki yeni alternativ yolun keçdiyi ərazilərin əhatəsində olan yüksəkliklər Azərbaycanın nəzarəti altındadır. Təkcə həmin ərazilər deyil, 3 avqust tarixində ermənilərin Azərbaycan Ordusuna qarşı etdiyi təxribat nəticəsində  Anar Kazımov adlı hərbçisinin şəhid olmasından sonra Azərbaycan Silahlı Qüvvələri Azərbaycan ərazisində hələ də mövcud olan qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı keçirdi və layiqli cavabı verildi”.

Politoloqun fikrincə, bundan sonra Sarı Baba, Qırxqız  və digər strateji yüksəkliklər artıq  Azərbaycan Ordusunun nəzarətimiz altındadır:

“Bu yüksəkliklərlə yanaşı Azərbaycan Ordusunun zaman-zaman ələ keçirdiyi digər yüksəkliklər artıq gündən-günə həmin sülhməramlıların nəzarəti altında olan ərazilərdə qanunsuz erməni silahlı birləşmələrin hərəkətini ciddi şəkildə məhdudlaşdırır. Bu proseslərin yekununda Azərbaycan zərurət yaranarsa, onlar könüllü şəkildə tərk etməsələr, geniş miqyaslı anti-terror əməliyyatı keçirəcək və onların zərərsizləşdirilməsi prosesini yekunlaşdıracaq . Bunu ermənilər də anlayır. Ermənistanın 36 yaşlı Müdafiə naziri Moskvaya səfər etdi. Həmin görüşdə Ermənistanın əsas istəyi məhz Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi və sülhməramlıların həmin əraziyə dislakasiya olunması ilə bağlı prosesin biraz da uzadılması xahişi edildi. Keçmiş münaqişə ilə bağlı 30 ilə yaxın müddət ərzində artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun müzakirə predmentlərinə aid olmayan Laçın dəhlizinə alternativ yolla yanaşı, Zəngəzur dəhlizinin reallaşdırlması məsələsi də gündəmdədir. Prezident bununla bağlı fikirlər səsləndirdi. Ermənsitan yaxın həftələrdə Zəngəzur Dəhlizi ilə bağlı mövqe ortaya qoydu”.

Müsahibimiz onu da vurğulayıb ki, Ermənistan iqtidarını bu məsələlər ona görə narahat edir ki, artıq Laçın dəhlizində nəzarət tam şəkildə Azərbaycanın əlinə keçdikdən sonra  erməni əsilli Azərbaycan vətəndaşları Azərbaycan hakimiyyətindən imdad diləyəcəklər. Bu prosesin qarşısı Ermənistan hakimiyyəti tərəfindən alına bilməz:

“Proseslər Azərbaycanın istədiyi istiqamətdə davam edir. Bunun güc yolu ilə deyil, masada danışıqlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdu, amma yenə də Ermənistan hiyləgər siyasətini həyata keçirməkdə davam edir. Beynəlxalq hüququn prinsiplərinə, öz imzalarına sədaqət göstərmirlər. Azərbaycan bəzi məqamlarda bəyanata uyğun olaraq öz istəklərini güc yolu ilə reallaşdıra bilər. Ermənilərin Laçın və Kəlbəcərdən çıxdıqları zaman etdikləri vəhşiliklər bizdə təəccüb doğurmur. Erməni xisləti ortadadır. Onlar tarix boyu bu xislətləri ilə tanınıblar. Azərbaycan qədəm basdığı bütün yerlərdə tikinti, quruculuq, bərpa işləri həyata keçirir. Hər bir halda biz onların vəhşiliyinə məruz qalan ərazilərimizdə də quruculuq, bərpa işləri həyata keçirəcəyik. Bütün bu proseslərin yekununda Azərbaycan istədiyi sülh sazişinin imzalanmasına nail olacaq”.

//Safura Bənnayeva, Editor.az