Erməni xülyaları həmişə olduğu kimi bu dəfə də suya düşəcəkbackend

Erməni xülyaları həmişə olduğu kimi bu dəfə də suya düşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr razılaşmasının bəzi müddəalarını yerinə yetirməkdən imtina edir, bəzi şərtləri uzadaraq vaxt qazanmağa çalışır. Eyni zamanda, Azərbaycanla sülh müqaviləsi imzalamadan Türkiyə ilə normallaşma prossesini tamamlamaq, ATƏT-in Minsk qrupunu “diriltmək”, danışıqlar prosesinə qoşmaq istəyir ki, bu da bir erməni hiyləgərliyidir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Qarabağda mövcud olan rus sülhməramlılarının fəaliyyətinin getdikcə daha da destruktivləşməsi, açıq- aydın erməni tərəfinə himayədarlıq etməsi ortaya yeni situasiya çıxarır:

“Belə ki, rəsmi Bakı “10 noyabr” 2020, “11yanvar” 2021 və “26 noyabr” 2021-ci ildə imzalanan razılaşmalarının yerinə yetirilməməsini əsas alaraq öz suveren ərazisində, yəni Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsində antiterror əməliyyatı keçirə bilər ki, bu da ordumuzun qanuni hüququdur. Bunu erməni tərəfi də anlayır. Odur ki, düşmən rus sülhməramlılarının olduğu bölgələrdən atəşkəsi pozaraq bunu Azərbaycan tərəfinin üzərinə atmaq, hay-həşir qoparmaq niyyətindədir. Amma tarix göstərdi ki, belə ucuz və hiyləgər üsullarla bir şeyə nail olmaq mümkün deyil. Türkiyə prezidenti, cənab Rəcəb Tayib Ərdoğan son müsahibəsində açıq-aydın Azərbaycan qırmızı cizgimizdir dedi. Yəni bu, Türkiyənin Azərbaycanla razılaşdırılmadan heç bir addım atmayacağı deməkdir. Ermənilər rus silahlılarına da çox bel bağlamamalıdır, çünki dünyada sürətlə dəyişən geostrateji balans kimin kimə möhtac olacağını proqnozlaşdırmağa əsla şans vermir. Beləliklə, erməni xülyaları həmişə olduğu kimi bu dəfə də suya düşəcək. Ermənistanın bir yolu var, Azərbaycanın haqlı tələblərini qəbul edib sülh müqaviləsini imzalamaq…”.

//Gülnarə Abasova, Editor.az