Erməni yaşlısının əyyaşı belə, Ermənistanda qalmayacaqbackend

Erməni yaşlısının əyyaşı belə, Ermənistanda qalmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ballıqaya faciəsindən 28 il ötür.

“MediaPost” xəbər verir ki, Ermənistan hərbi birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi bu faciə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başlayıb.

Ballıqaya faciəsinə qədər ikinci Xocalı adlandırılan, kəndin hər 10 sakinindən biri şəhid olan Qaradağlı, eyni zamanda Malıbəyli və Quşçular faciəsi törədilmişdi.

Bütün bu soyqırımı faktları Ballıqaya faciəsinə zəmin yaratdı. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı mülki şəxslər olub. Ballıqayada qətlə yetirilmiş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində dəfn edilib. Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliamla beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq, mülki insanlar – azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

img

Bu faciələr – soyqırımı faktları yazmaqla bitməyəcək qədər çox sayda və qan donduracaq qədər vəhşicəsinə törədilib. Acınacaqlısı odur ki, erməni genosidi yalnız ötən əsrlə yekunlaşmayıb, ondan əvvəl də olub və hələ də davam edir.

Belə faciələr törətmiş ölkənin rəsmi nümayəndəsi – erməni ombudsman Arman Tatoyan bugünlərdə bəyan edib ki, avqustun 23-də Goranboy rayonu istiqamətində təmas xəttində zərərsizləşdirilən erməni diversiya-kəşfiyyat qrupunun baş leytenantı Qurgen Alaverdyanın yayılan videoları tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir.

Maraqlıdır, atəşkəs rejimində Zəhraları öldürən hakimiyyətin ombudsmanı susur, öz ərazilərində “hərbi əsir” kimi saxlanılan girovlara “hökm” oxunanda susur, Tovuz hadisələrində yaşlı dinc sakinlər hədəf alınanda susur, lakin Azərbaycanın təmas xəttində əlisilahlı erməni kəşfiyyatçısı tutulanda hüquqdan danışır. Bu arqument tamamilə əsassızdır.

Mövzu haqqında hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistanın rəsmi şəxsinin bu və ya buna bənzər açıqlama verməsi siyasi həyasızlıqdır:

“Xocalı, Qaradağlı, Malıbəyli faciəsini törədən, Azərbaycanın Qarabağ bölgəsinin böyük hissəsini işğal edən, yaşayış məntəqələrini darmadağın edib viran qoyan ölkənin rəsmi şəxsinin hadisəyə bu formada şərh verməsi sadəcə, həyasızlığın son həddidir”.

Ermənistanın əsirin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürməsi də saxlanılan hərbçinin onlar üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Öz ölkəsi üçün hansısa maraqlar xatirinə əhəmiyyət daşıyan ermənilərin istiqaməti sərhəd deyil, yalnız xarici ölkələr olmalıdır. Belə olan halda heç bir qanuna dəyişiklik erməni yaşlısının əyyaşını belə, Ermənistanda saxlaya bilməyəcək.

Azadə Yolçu

img