“Ermənilər ancaq öz təsiri altındakı dövlətlərdə belə təxribat aktlarına cəhd edə bilirlər”- Millət vəkili ŞƏRH EDİRbackend

“Ermənilər ancaq öz təsiri altındakı dövlətlərdə belə təxribat aktlarına cəhd edə bilirlər”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin xəmiri təxribat və düşmənçilik qanı ilə yoğrulub. Onların geninə düşmüş bu xəstəlik ancaq özlərini məhvə aparır. Azərbaycan öz sözünü 44 günlük Vətən Müharibəsində, “Qisas” və “Təxribata cavab” əməliyyatları ilə döyüş meydanında artıq deyib. O cümlədən informasiya müharibəsində Azərbaycan qalibdir və bu gün dünyada dostlarımızın sayı günü-gündən artmaqdadır. Ədaləti dəstəkləyən dostlarımızın sayının artması beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərarların qəbul olunmasının da qarşısını alır”.

Bu sözləri Editor.az-a Ermənistan dövləti və diasporunun Azərbaycanın xaricdəki səfirliklərinə qarşı təşkil etdiyi hücumları şərh edərkən Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, həm döyüş, həm də informasiya meydanında uduzmuş ermənilər son imkanlarını xarici ölkələrdə yerləşən səfirliklərimizin binalarına hücumlarla göstərməklə öz düşmənçiliklərini ifadə edirlər:

“Əvvəlcə Livanda, sonra da Fransada səfirlik binalarımıza edilən erməni hücumları bunun göstəricisidir. Ermənilər ancaq özlərinin təsiri altındakı dövlətlərdə belə təxribat aktlarına cəhd edə bilirlər. Fransa hüquq mühafizə orqanların erməni təxribatının qarşısının alınmasına ciddi yanaşmaması hesab edirəm ki, bu ölkənin ermənipərəst mövqedə olduğunun aydın ifadəsidir. Halbuki hər bir ölkə öz ərazisində yerləşən diplomatik korpusun qorunmasında borcludur. Amma Fransa dövləti bu beynəlxalq öhdəliyə hörmətlə yanaşmır. Azərbaycanın səfirliyinin əməkdaşların vətənpərvərliyi ermənilərin hər bir hücumunun qarşısını almağına qadirdir. Fransada səfirliyimizdə olan bir əməkdaşın qətiyyəti və iradəsi yüz ermənidən güclüdür. Ona görə bir daha deyə bilərəm ki, erməni lobbisinin informasiya müharibəsi və dövlət rəhbərlərinin ələ alınması siyasəti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına mane ola bilməz. Azərbaycan sülh və ədalətin tərəfdarıdır və qarşı tərəfi də sülhə və ədalətə hörmət etməyə məcbur edəcəyik”.

//Gülnarə Abasova, Editor.az