Ermənilər Bakıya gəlməyə hazırlaşırbackend

Ermənilər Bakıya gəlməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Yerevana səfərindən sonra cavab səfərinə hazırlaşır”.

Bu haqda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Rasmussen “Global tərəfindən” təşkil edilən “Dünyanın Kəsişməsi” layihəsinə həsr olunmuş konfransda məlumat verib.

Qriqoryan, 8 avqustda Vaşinqtonda imzalanan sənədlərdən sonra Ermənistan və Azərbaycan arasında dialoq və etimadın gücləndirilməsi üçün qarşılıqlı addımlar atıldığını qeyd edib. O, 21-22 oktyabr tarixlərində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfər edərək dəyirmi masa müzakirəsində iştirak etdiklərini xatırladıb: Bu səfər iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlığın artırılmasında mühüm rol oynayıb”

Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Azərbaycana səfərin yaxın zamanda gözlənildiyini vurğulayıb: “Bu cür səfər mübadiləsi iki ölkənin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsinə töhfə verir və davamlı sülh üçün əlavə təməl yaradır,” – deyə o bildirib.

Gələcəkdə atılacaq addımlar arasında nəqliyyat, enerji və rəqəmsal rabitə sahələrində maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edən Qriqoryan, “Dünyanın Kəsişməsi” layihəsinin, o cümlədən TRIPP marşrutunun Avropa ilə Çin arasında yeni bir dəhlizə çevrilə biləcəyini və bu dəhlizin aralarındakı məsafəni 5-10% azaldacağını vurğulayıb.

Bundan əlavə, o, Türkiyə ilə sərhədin açılmasının qarşılıqlı ticarətin üçqat artmasına, Ermənistanla Şərqi Avropa arasında ticarət yollarının 10-25%, Mərkəzi Avropa ilə isə 5-15% azalmasına səbəb ola biləcəyini qeyd edib.

//Samir Qurbanov, Editor.az,