“Ermənilər belə dinc birgəyaşayışa qətiyyən hazır deyillər”- ŞƏRHbackend

“Ermənilər belə dinc birgəyaşayışa qətiyyən hazır deyillər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm Azərbaycan, həm də Ermənistandan hər iki xalqın daha müharibə istəməməsi barədə açıqlamalar mövcuddur. Ancaq bu açıqlamaların əsas səbəbləri tamamilə fərqlidir və hətta bir-biri ilə kəskin ziddiyyətlər təşkil edir. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü artıq bərpa edib. Ona görə də, daha savaşa ehtiyacı yoxdur. Əksinə, indi Azərbaycan üçün yekun sülh sazişinin imzalanması və yeni dinc sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi daha vacibdir. İndi rəsmi Bakının əsas diqqəti məhz Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin təmin edilməsinə yönəlib”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Analitik vurğulayıb ki, Ermənistanla bağlı situasiya tamamilə fərqlidir:

“Belə ki, Ermənistanın hazırda yeni savaş potensialı və resursları olmadığı üçün ermənilər müharibə istəmədiklərini bildirirlər. Əgər, Ermənistan savaş imkanında olsaydı, ermənilər heç vaxt sülh barədə ümumiyyətlə, danışmazdılar. Belə vəziyyətdə həm Azərbaycan, həm də Ermənistan hər iki xalqın dinc qonşuluq və birgəyaşayış imkanlarını araşdırmaq məcburiyyətində qalmış kimi görünür. Rəsmi Bakı ermənilərin Azərbaycan qanunları çərçivəsində ölkəmizdə yaşamasına şərait yaratmasını təmin edə bilər. Ancaq ermənilər belə dinc birgəyaşayışa qətiyyən hazır deyillər. Çünki erməni düşüncə tərzi Azərbaycanla əbədi düşmənçilik üzərində qurulub. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Ona görə də hazırda ilk növbədə ermənilərin normal dinc birgəyaşayış mərhələsinə hazır olmadıqları barədə danışmaq mümkündür. Böyük ehtimalla ermənilər hələ uzun müddət buna hazır olmayacaqlar. Xüsusilə də, bəzi Qərb siyasi iradə mərkəzləri də belə bir mərhələnin başlanmasını istəmirlər. Ona görə də, hazırda bu, o qədər də real görünmür”.

//Gülnarə Abasova, Editor.az