Ermənilər BMT TŞ iclasından narazı qalıblar – belləri qırıldıbackend

Ermənilər BMT TŞ iclasından narazı qalıblar – belləri qırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “dqr” rəhbərlərinə aid telegram səhifəsində ermənilər üçün QARA XƏBƏR paylaşılıb.

BMT TŞ (Təhlükəsizlik Şurası) iclası barədə bunlar yazılıb: “BMT TŞ “Arsax” la bağlı heç bir qərar vermədi. Təhlükəsizlik Şurasının 19 oktyabr tarixli qapalı iclasında tərəflər gözlənilən bəyanat və onun formulası ilə bağlı konsensus əldə edə bilməyiblər…”

Qeyd edək ki, BMT TŞ -nin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş iclasının ideyası və prosedur üzrə təklifi ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa tərəfindən irəli sürülmüşdü.

ABŞ saatı Bakı vaxtından 9 saat geri olduğu üçün iclas bizə görə gec zamanlara təsadüf edib.

İclas haqqında ilk anonsları da Ermənistan tərəfi yayıb. Çünki onlar BMT TŞ iclasına bir qurtuluş şansı kimi baxırdılar. Anlaşılan budur ki, bu şansı da itiriblər.

BMT TŞ ermənilərin belini qırdı, deyə bilərik.

**

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri üzrə jurnalistlərə açıqlamasında deyib.

V.Nebenzya bildirib: “Hazırda icranı (atəşkəs rejiminin icrasını – red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib”.

Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir: “Əlbətdə ki, bu məsələ məsləhətləşmələr zamanı müzakirə olundu və Təhlükəsizlik Şurası yanaşmalarında kifayət qədər vahid mövqedən çıxış edib”.

Eyni zamanda V.Nebenzya regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatının lazım olduğunu izah edib: “Bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.

Daimi nümayəndə qeyd edib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin olacağı və hansı vəzifəni icara edəcəyi – hələ müzakirə olunan bir məsələdir”.