Ermənilər buna görə Qarabağa qayıtmaq istəmir – Səbəbi bilindibackend

Ermənilər buna görə Qarabağa qayıtmaq istəmir – Səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş bölgələrimizə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Lakin Xankəndiyə köç bir qədər yubanır. Bəziləri bunu ermənilərin növbəti qaralama kampaniyası başladacağı ilə əlaqələndirir. 

Məsələ ilə bağlı  Yenisabah.az-a sabiq millət vəkili, əslən Xankəndidən olan Flora Qasımova danışıb. O, bildirib ki, ermənilərin bunu etməyə haqqı yoxdur:

“Ermənilərin bunu etməyə haqqı yoxdur. Biz heç kimi oradan qovmamışıq! Cənab Prezident o dövrdə dəfələrlə müraciət etdi ki, kim qalmaq istəyirsə, qalsın. Çünki heç bir sutka da çəkməyən antiterror əməliyyatı zamanı Xankəndində nə bir erməni həlak oldu, nə də bir binaya zərər dəydi.

Ermənilər 30 ildən çox müddət ərzində törətdikləri cinayətləri gözlərinin qarşısına gətirib qorxub qaçdılar. Çünki onlar azərbaycanlılara qarşı insanlığa yaraşmayan elə cinayətlər törədiblər ki, onu sözlə ifadə etmək belə mümkün deyil. İnsan insana bu dərəcədə qəddarlıq edərmi? Xocalıda, Xocavənddə olan insan qalıqlarına baxmaq bunun üçün kifayət edir. Hələ bizim minlərlə itkinimiz vardı. 4 minə yaxın insanın qalıqları haradadır, heç kim bilmir. Bunlar hamısı ermənilərin gözlərinin qabağına gəldi və qaçdılar. Onların burada etdikləri hələ çox yadlarına düşəcək, yuxuları ərşə çəkiləcək.

Onların bizim qarşımıza çıxmağa üzləri olmamalıdır! İllərlə qonşuluqda yaşayasan, sonra bu cür davranasan, ağlasığan deyil… Bizim onlara heç bir pisliyimiz dəyməyib. Mən heç vaxt erməniləri bağışlaya bilmərəm. Cənab Prezident deyib ki, kim istəyirsə, gəlsin, Azərbaycan vətəndaşlığını qəbul etsin və evində yaşasın. Bəlkə də onlar gəlib yaşayacaqlar, amma hansı üzlə bizim qarşımıza çıxacaqlar?

İkinci Qarabağ Müharibəsindən sonra da 300-dən çox insan onların basdırdığı minaların qurbanı olub. Yüzlərlə şikəst var. Onlar azərbaycanlıların üzünə necə baxacaq?”

F.Qasımova qeyd edib ki, ermənilərin üzündən hətta müharibədən sonra də yüzlərlə dinc insan zərər görüb, onlar arasında minadan yaralanan və həlak olanlar var:

“Azərbaycanlılar Xankəndiyə köçəndə yəqin ki, ermənilər dünyaya yalandan səs salacaqlar. Amma onlar anlamalıdır ki, bura bizim torpağımızdır. Öz torpağımıza köçməməliyik?! 35 ildir ki, biz köçkün şəkildə yaşamışıq. İkinci Qarabağ Müharibəsi dövründə onlar maşınlarla qaçırdılar, amma vaxtilə biz qışın şaxtasında, qarın içində ayaqyalın qaçmışıq. Bütün bunları gözlərinin qabağına gətirsinlər, xatırlasınlar ki, insanları hansı vəziyyətdə ev-eşiklərindən didərgin salmışdılar. Hər şeyi xatırlasınlar, sonra dilləri çıxsın! Onların bizə heç bir iradı ola bilməz.

Mən istəyərdim ki, həmin köç başlayanda bunu televiziyada canlı göstərsinlər, ekranı iki yerə bölsünlər, bir tərəfdə ermənilərin maşınları ilə getməyi, digər tərəfdə isə vaxtilə azərbaycanlıların didərgin salındığı kadrlar təqdim olunsun. Bunu göstərsinlər, qoy dünya da müqayisə etsin.

Ermənilər bizə heç bir söz deyə bilməz! O vaxt tanıdığım, Kəlbəcərdən olan kolxoz sədri vardı, oğlu da şəhid olmuşdu. O danışırdı ki, evimdə 1000 ədəd xalça vardı, ermənilər hamısını götürüb aparıb xaricdə “erməni xalçası” adı ilə satmışdılar. Bu cür faktlar kifayət qədərdir”.