Ermənilər bunu gözləmirdi, Azərbaycan Ordusu Hadrutdan… – Türk general DETALLARI AÇDI (VİDEO)backend

Ermənilər bunu gözləmirdi, Azərbaycan Ordusu Hadrutdan… – Türk general DETALLARI AÇDI (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Video əlavə olunub.

xxx

“Hərbi ekspert kimi deyə bilərəm ki, “Hadrut alınmasaydı, Şuşa alınmazdı” demək doğru deyil. Bu, hərb elminə ziddir”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

 

General bildirib ki, Hadrutun alınması Şuşanın azad edilməsi əməliyyatını asanlaşdırıb, kilidi açıb, itkiləri azaldıb: “Hadrutun alınması psixoloji baxımdan çox əhəmiyyətli idi. Hadrut alınmasaydı da Şuşa alına bilərdi. Çünki Azərbaycan Ordusunun bunun öhdəsindən gələ biləcək gücü vardı. Hadrut Şuşaya gedən ən qısa yol və ermənilərin hücum gözləmədiyi yer idi. Lakin hərbi nöqteyi-nəzərdən “Hadrut alınmasaydı, Şuşa da alınmazdı” tezisini səsləndirə bilmərəm. Bəlkə daha çətin ola bilərdi, amma Hadrut azad edilməsə də, Şuşaya daxil oluna bilərdi”.

Y.Karauz Hadrutun strateji əhəmiyyətinə də toxunub: “Hadrut ermənilərin məskunlaşması, onlar tərəfindən bu qəsəbənin fəthedilməz şəkildə müdafiəsinin qurulmasının düşünülməsi ilə yanaşı, qəsəbə həm Azərbaycan, həm də Ermənistan üçün psixoloji hədəf idi. Dolayısı ilə çox yaxşı müdafiə qurduqlarını zənn etdikləri, minalarla yaxşı döşənmiş, ətrafına xəndəklər qazılmış Hadrutun fəthi, oradakı əsgərlərin xalqla birlikdə qaçması Qarabağdakı hərbi əməliyyatlar baxımından Azərbaycan üçün böyük üstünlük təmin etmişdi”.

Generalın sözlərinə görə, Hadrutun azad edilməsi həm də Qarabağ hərbi hərəkatının müddətini qısaldıb, Şuşanın dərhal düşmən tapdağından qurtarılmasını asanlaşdırıb.