Ermənilər döyüşlərdə terrorçuların raketlərindən istifadə edib (FOTO)backend

Ermənilər döyüşlərdə terrorçuların raketlərindən istifadə edib (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər döyüşlər zamanı terrorçuların istifadə etdiyi kustar üsulla hazırlanan raket atıcılarından istifadə edib.

Editor.az xəbər verir ki, Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, bunu ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib.

M.Məmmədov bildirib ki, bu cür atıcılardan Yaxın Şərqdəki münaqişələrdə İŞİD, PKK terror təşkilatları tərəfindən istifadə olunub:

“Eyni zamanda, mərmilər də kustar üsulla hazırlanıb. Hazırda Rusiya tərəfindən istehsal olunan bu tip “M-24F” raketləri var ki, bunlar əsasən iki cür modifikasiyada olub – maksimum 7 və 11 km məsafəyə qədər atılanlar və buna uyğun olaraq da partlayıcı çəkiləri də 18 və 27 kq olanlar. Lakin kustar üsulla hazırlanan raketlərin uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddəsi isə 40 kq-a qədər artırılıb ki, daha böyük dağıntılar törətsin.

Düşmən bu raketlərlə Azərbaycanın yaşayış məntəqələrinə çoxsaylı atəşlər edib və infrastruktura böyük ziyanlar verib, mülki insanların ölümünə səbəb olub”.