Ermənilər ərazilərimizdə SOYQIRIM HAZIRLIĞI GÖRÜR – Bakının xəbərdarlığına MƏHƏL QOYULMURbackend

Ermənilər ərazilərimizdə SOYQIRIM HAZIRLIĞI GÖRÜR – Bakının xəbərdarlığına MƏHƏL QOYULMUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsində məğlub tərəf Ermənistan bir neçə hədəfə fokuslanıb:

⚫️ Azərbaycanı Laçın yolundakı aksiyaya görə sanksiyalara məruz qoymaq

⚫️ Azərbaycanlıların işğaldan azad edilən ərazilərə qayıdışını gecikdirmək

⚫️ Sülh danışıqlarını növbəti dəfə dalana dirəmək üçün yeni manipulyasiya axtarışı

Bakının İrəvanın hansı manevrlər edəcəyini kənardan seyr etmək fikri yoxdur. Prezident İlham Əliyevin sürətli şəkildə beynəlxalq əlaqələri gücləndirmək, Azərbaycanın Avropada təhlükəsizlik kəməri funksiyasını daha da inkişaf etdirmək istiqamətində atdığı addımlar, gördüyü işlər Bakının əlini gücləndirir.

Biz buna son Münhen Təhlükəsizlik Konfransı zamanı da bir daha şahid olduq. Dövlət başçısı Ermənistan Baş naziri ilə keçirdiyi hər iki görüşdə Nikol Paşinyanı beyin oyununda növbəti dəfə çətin vəziyyətə salaraq 3 il öncəkinin davamı olaraq ikinci raundunda da dünyanın gözü qarşısında isbatladı ki, istər dövlət başçıları səviyyəsində, istərsə də dövlət olaraq böyük fərq mövcuddur.

Lakin təəssüf ki, erməni xislətindən əl çəkənə bənzəmir. Baxmayaraq ki, artıq 44 günlük Vətən müharibəsindən 2 ildən çox vaxt keçib, hələ də Ermənistan Azərbaycanı və beynəlxalq ictimaiyyəti aldatmaq, başının altına yastıq qoymaqla məşğuldur. Söhbət işğaldan azad edilən ərazilərin mina xəritələrinin hələ də Bakıya təqdim edilməməsindən gedir.

10 noyabr üçtərəfli bəyanatı ilə bu məsələ nəzərdə tutulsa da, Ermənistan müxtəlif mərhələlərdə müxtəlif cür manipulyativ gedişlərlə dəqiq xəritələrin təqdim edilməsi məsələsini arxa plana atmağı bacardı.

Ermənistan çox yaxşı anlayır ki, ərazilərin minalardan təmizlənməsi məsələsi Azərbaycanın qarşısında işğaldan azad edilən ərazilərin bərpası, yenidən qurulması və yurd-yuvasından didərgin düşən soydaşlarımızın öz evlərinə qayıtması üçün ən önəmli məsələdir. Bu səbəbdən rəsmi İrəvan bu günə kimi Azərbaycana mina xəritələrini verməməkdən ötrü çıxmadığı oyun, çıxarmadığı hoqqa qalmayıb.

Hələ ermənilər utanmaz-utanmaz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz legitim ərazisi olan Laçın yolunda keçirdiyi etiraz aksiyasına görə 50 milyon dollarlıq qarayaxma kampaniyasına start verərək, güya soydaşlarımızın, ekofəlların etnik erməniləri Xankəndi və rus sülhməramlılarının müvəqqəti nəzarət zonası sayılan digər ərzilərdə blokadaya saldığı barədə həyasızcasına məlumatları dünya ictimaiyyətinə müxtəlif platformalar vasitəsilə yaymağa başlayıblar.

Amma bunun da Prezident İlham Əliyev Münhendə panel müzakirələr zamanı olduqca dəqiq, faktlara əsaslanan cavabını verdi və Nikol Paşinyanı növbəti dəfə elə havadarlarının və digər Qərb siyasətçilərinin gözü önündə fakt qarşısında qoydu: “Dekabrın 12-dən bu günədək, – bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”.

“Olar” deyəcəyi də təəccübləndirməz, bunu ancaq erməni həyasızlığı, iftirası, qarayaxması canında-qanında olan xalq bacara bilər. Çünki bu cür qarayaxmalar ancaq onlara və onları qoltuğunun altına alan Fransa kimi havadarlarına xas əlamətdir.

Son proseslərə diqqətlə nəzər saldıqda rəsmi İrəvanın, eləcə də separatçıların Laçın yolundakı aksiyadan bu qədər narahat olmasının əsl səbəbini anlamaq elə də çətin olmur.

Ermənistan 10 noyabr bəyanatını pozaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmaması azmış kimi, üstəlik də Laçın yolu vasitəsilə təyinatına zidd olaraq humanitar məqsədlər üçün yox, silah-sursata, mina daşımaları, qeyri-qanuni səfərlərin təşkili məqsədi üçün istifadə edirdi ki, artıq 72 gündür ki, bu sadalananların böyük əksəriyyəti, xüsusilə də mina daşınmasının qarşısı alınıb.

Lakin statistik rəqəmlər göstərir ki, 10 noyabr üçtərəfli bəyanatından üzü Laçın yolunda ekofəalların aksiyasının başladığı tarixə kimi Ermənistan tərəfi Qarabağa sülhməramlıların gözü önündə 10 minlərlə mina daşıdığı ilə bağlı faktlar var. Belə ki, ötən ilin sonlarında Azərbaycan ərazilərində Ermənistanda istehsal olunan 2700-dən çox mina aşkar edildi. Bu minalar heç şübhəsiz 2021-ci ildə, üçtərəfli saziş imzalandıqdan sonra istehsal edilib. Laçın yolu iki ölkəni birləşdirən yeganə yoldur, və bu yol vasitəsilə keçmiş azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına mane olmaq üçün minalar daşınması üçün istifadə olunub.

Bu detalın özü Ermənistanın mina terrorundan əl çəkmək fikrində olmadığını isbatlayan növbəti faktdır.

Erməni işğalçıları Qarabağda bir daşı-daş üstə qoymamaqla yanaşı, əraziləri talan etməklə bərabər, burada hələ işğal dövründə yüz minlərlə mina yerləşdirib ki, bu günə kimi Azərbaycan onun əziyyətini çəkir. Azərbaycanlılara, onların milli mədəni, dini irsinə qarşı 30 il cinayətlər törətmiş düşmən yalnız tarlaları və təmas xətlərini deyil, həmçinin yolları, hər cığır, hər aşırımı və hətta qəbiristanlıqları müxtəlif təyinatlı çoxsaylı minalarla doldurub.

Təəssüf ki, o minaların çoxu hələ də yeni qurbanlarını gözləyir. ANAMA əməkdaşlarının işğaldan azad olunan Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərin ətrafını tamamilə minalaması faktını aşkar etməsi də bu xalqın nə qədər barbar, vəhşi, məkirli olduğunun növbəti bariz sübutudur.

Lakin bu günə kimi bir çox beynəlxalq təşkilatlar, insan haqları institutları bu erməni vəhşiliyinin qarşısını almaq üçün İrəvana xəritələrin Bakıya təqdim edilməsi üçün bir dəfə də olsun nə təzyiq edib, nə də barmaq silkələyiblər.

Azərbaycan öz imkanları daxilində gördüyü tədbirlər nəticəsində mülki şəxslərin, vətəndaşlarının mina terrorunun qurbanı olmamaq, insanlarının məhvinin qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib. Artıq dövlət büdcəsindən 3 milyard dollardan çox vəsait yatırılıb. Təbii ki, münaqişədən sonrakı vəziyyət Ermənistanın ürəyincə deyil, ona görə də, bu insanların geri qayıtmasının qarşısını almaq üçün Azərbaycan ərazisinə silah və mina göndərməkdə davam edir.

Nəticədə isə təəssüf ki, minalanmış ərazilərin həddindən artıq böyük olması və minaların sıx basdırılması itkiləri qaçılmaz edir.

Mina partlayışları nəticəsində 282 vətəndaşımız mina qurbanı olub, ya da yaralanıb. Ermənistan tərəfi mina sahələrinin bütün xəritələrini Azərbaycana təqdim etməməklə Azərbaycana qarşı soyqırım, hərbi cinayət kimi əməllərindən əl çəkmək fikrində olmadıqlarını, fürsət düşəcəyi təqdirdə bu cür qətliamları təkrarlayacaqlarını isbatlamış olurlar.

Rəsmi Bakının təkidi, təzyiqi nəticəsində Ermənistanın təqdim etdiyi xəritələrin isə dörddə üç hissəsi yalan məlumatları əks etdirir ki, bu faktın özü İrəvanın ritorikasından əl çəkmək fikrində olmadığını göstərir.

Lakin Ermənistan bir şeyi unutmamalıdır ki, üçtərəfli sazişdə də qeyd olunur ki, Laçın yolu humanitar məqsədlər üçün istifadə olunmalıdır. Bundan əlavə, 6-cı bənddə deyilir ki, “Azərbaycan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə təhlükəsiz hərəkətinə təminat verir. Halbuki son iki ildə biz Ermənistanın bu yol vasitəsilə Azərbaycan ərazisinə silah, hərbiçilər və minalar daşınması üçün istifadə etdiyini müşahidə etmişik.

Amma artıq dövran o dövran deyil. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyincə, Azərbaycana qarşı məkirli oyunlarını davam etdirdikcə imkan verir ki, rəsmi Bakı poskonflikt dövründə əlini gücləndirəcək digər variantlarını işə salsın. Necə ki, ermənilər təkcə Laçın yolundakı aksiyaya görə aylardır zarıya-zarıya qalıblar. Onların bu zarıltı səsləri yaxın gələcəkdə ümumiyyətlə qısıla bilər.

Milli.az