Ermənilər eyni səhvi təkrarladılar – 44 günlük müharibəyə də bu səbəb olmuşdubackend

Ermənilər eyni səhvi təkrarladılar – 44 günlük müharibəyə də bu səbəb olmuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarşımızda kim olur-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bölgədəki son proseslərə diqqət çəkib:

“Ermənilər eyni səhvi təkrarlamaqda davam edirlər. 2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı. Sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ Müharibəsi başladı. Martın 13-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə Qarabağdakı mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tutdular.

Bu təxribat da Azərbaycan ordusunun növbəti hədəflərinə çatmasını sürətləndirməlidir. Ermənilər bilirlər ki, Azərbaycan ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq”.

“Digər tərəfdən, erməni icmasının nümayəndələrinə növbəti görüşün Bakıda keçirilməsi təklif olunub. Bu təşəbbüslərimizi mövqelərimizi atəşə tutmaqda əngəlləməyə çalışırlar. İşin içində Rusiya hərbi kontingenti, onun təsiri altında olan erməni separatçıları və Ermənistandakı “Qarabağ klanı” var. Qarşımızda kim olur-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz” – E.Şahinoğlu fikirini tamamlayıb.

//yenisabah.az