Ermənilər geri çəkildilər: Njdenin büstü söküləcək – VİDEObackend

Ermənilər geri çəkildilər: Njdenin büstü söküləcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın Xocavənd şəhərində erməni faşist və cəllad Qaregin Njdeyə ucaldılmış büst söküləcək.

Büstün müəllifi erməni heykəltəraş Armen Petrosyan, layihəni maliyyələşdirən şəxs isə Ermənistandakı “Ferzit” tikinti şirkətinin sahibi Artur Xaçatryan idi.

Büstlə bağlı işlər ötən ilin əvvəllərində başlanmışdı və onun açılışı sentyabr ayına nəzərdə tutulmuşdu. Lakin İkinci Qarabağ Müharibəsi buna imkan verməmişdi.

Q.Njdenin büstü, əslində, ermənilərin Azərbaycanla Rusiyaya mesajı idi.

Ermənilər ruslara çatdırmaq istəyirdilər ki, İkinci Qarabağ Müharibəsinə bilavasitə qatılmadıqları üçün Ermənistan biabırçılıqla uduzdu. Azərbaycana mesaj isə sadə və konkret idi: “Qarabağlı ermənilər dinc yanaşı yaşamı istəmirlər, buna hazır deyillər və olmayacaqlar”.

Alman nasistlərinin nökəri, Rusiyaya və ruslara nifrət edən, sovet əsgərlərinin güllələnmələrində və edamlarında birbaşa əli olan rusofob Qaregin Njdeyə büstün ucaldılmasına Qarabağdakı rusiyalı sülhməramlılar necə və niyə icazə vermişdilər – bu, cavabı hələ də verilməmiş sualdır.

Qarabağlı ermənilərlə İrəvanın Bakıya ünvanladıqları messicə gəldikdə isə, onların niyyəti anlaşılır. Görünən budur ki, Qarabağda ermənilər dinc yaşamağa, separatçılıq və terrorçuluqdan, sarsaq “Böyük Ermənistan” və “revanş, qisas” idefikslərindən əl çəkməyə hazır deyillər.

Sülh, birgəyaşam, tolerant davranış və s. barədə bəyanatlar, həmin bəyanatların gerçəkləşdirilməsi üçün çalışmaq yaxşıdır. Lakin bilməliyik və əsla unutmamalıyıq ki, qarabağlı ermənilərlə bahəm, bütün dünya erməniliyi üçün Xocavənd indi “ön səngər”dir, onlar revanş arzulayırlar.

Njdeyə büst qoymaqla ermənilər İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətə görə Azərbaycandan “qisas” almağı düşünürdülər. Bundan başqa, alman nasistlərin köləsinin büstü Rusiyaya meydan oxumaq və Azərbaycanda rusiyalı sülhməramlılara qarşı ciddi narazılıq yaratmaq istəyi də vardı.

Azərbaycan ordusunun dəmir yumruğunu dadmış və darmadağın olmuş Ermənistan belə davam edərsə, dəmir təpiyin də dadını görəcək.

Müqəddəs torpaqlarımızda erməni nasiszmi və daşnaklıq ideyaları büsbütün məhv edilməlidir.

Qaregin Njdenin Xocavənddəki büstünə gəldikdə isə, Azərbaycanın kəskin narazılığından sonra Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbərliyi bu “abidə”nin sökülməsini tələb edib.

Xocavəndin “mer”i Edik Hovanesyan etiraz edib, “dediyinizi etsək, sabah Monte Melkonyanın da abidəsinin sökülməsini istəyəcəksiniz” söyləyib.

Lakin Hovanesyanın isterikasını dinləyən olmayıb.

Ermənistan parlamentinin iclasında deputat Arman Babacanyan bildirib ki, Q.Njdenin Xocavənddəki büstü ən yaxın günlərdə söküləcək: “Bununla bağlı qərar Azərbaycan və Rusiya tərəfindən Türkiyənin iştirakı ilə qəbul olunub”.

Njdenin büstünün sökülməsi ilə bağlı tələbi səsləndirən Rusiyanı belə mövqe tutmağa Bakı ilə bahəm, Ankaranın da sərt davranışı vadar edib.

Zəngəzurda dinc və silahsız azərbaycanlılara divan tutan, sonra 2-ci Dünya Savaşı illərində alman nasistləri ilə əmədaşlıq edən, satqınlığına və cəlladlığına görə 25 il müddətinə həbs olunan, həbsxanada ölən Qaregin Njdeni ermənilər “milli qəhrəman” hesab edirlər.

2016-cı ildə İrəvanın mərkəzində Njdeyə abidə qoyulmuşdu. Açılış mərasimində Ermənistanın həmin dövrdəki prezidenti Serj Sarqsyan da iştirak etmişdi.

Njdenin Xocavənddə büstünün ucaldılmasına ilk əvvəl nə Qarabağdakı rusiyalı sülhməramlıların komandanlığı, nə də rəsmi Moskva reaksiya verməmişdi. Rusiyanın susması isə çox qəribə təsir bağışlayırdı, çünki Kreml fasiləsiz bəyan edir ki, alman nasistlərinin əlaltılarının postsovet məkanında “qəhrəmanlaşdırılması” bütün hallarda Moskvanın sərt reaksiyası ilə qarşılaşacaq.

Ermənilərin İrəvanda faşistə və cəllada abidə qoymaları öz işləridir. Lakin Xocavənd Azərbaycan ərazisidir və hələlik o ərazi rusiyalı sülhməramlıların nəzarətindədir.

Xocavənddə Njdeyə büst qoyulması həm də ermənilərin Rusiyanın mövqelərinə və dəyərlərinə tüpürmək belə istəməməsini göstərir. Ermənilər millətlararası qarşıdurmalar yaratmaq, 3-cü Reyxin köləsini qəhrəmanlaşdırmaq niyyətlərindən əl çəkmirlər.

Njdenin büstü həm də İkinci Dünya Savaşında həlak olmuş bütün şəxslərin xatirəsinin təhqir edilməsidir.

Xatırladaq ki, Qaregin Njgde Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun liderlərindən biri olmaqla bahəm, irqçi daşnak ideologiyası “sexakronizm”in banisidir. O, 1942-ci ildə Almaniyada erməni əsirlərdən təşkil olunmuş “Erməni legionu”nun komandiri idi. Njdenin dəstəsi Krımda, Polşada, Qafqazda, Fransada nasistlərin tərəfində vuruşub.

 

//milli.az