“Ermənilər getdikcə, illərdir nəzarət etdikləri işğal altındakı əraziləri itirirlər”backend

“Ermənilər getdikcə, illərdir nəzarət etdikləri işğal altındakı əraziləri itirirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Humanitar atəşkəs yoxdur. Çünki Gəncə vuruldu, hansı atəşkəsdən söhbət gedə bilər?!”

Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, rəsmi İrəvan açıq-aşkar Rusiyanın Azərbaycana müdaxiləsini istəyir:

“Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan dünən Moskvaya yenə yalvarmağa getmişdi. Çünki hərbi texnikaya ehtiyacları var. Mnatsakanyan elə öz təyyarəsində də Ermənistana neçə dəfə humanitar yardım adı ilə hərbi texnika daşıyıb. Rəsmi İrəvan açıq-aşkar Rusiyanın müdaxiləsini istəyir. Çünki hərb meydanında böyük uğursuzluqları var.

Bunların heç biri hələ ki alınmır

Getdikcə, illərdir nəzarət etdikləri işğal altındakı əraziləri də itirirlər. Vəziyyətləri ağırdır, ona görə yalvarırlar ki, Moskva kömək etsin, müdaxilə etsin, sülhməramlıları göndərsin, Azərbaycana təzyiq etsin. Bunların heç biri hələ ki alınmır. Ona görə, məhz üçtərəfli görüşdən sonra o, yenidən Moskvaya getdi.

 Kreml Türkiyə ilə hesablaşmalıdır

Rusiya masada oturmaq istəyirsə, mütləq Türkiyə də oturmalıdır və Kreml bununla hesablaşmalıdır. Əslində, Rusiyada Türkiyənin bölgədə artan uğurunu anlayırlar. Təsadüfü deyil ki, dünən yenə də Türkiyə və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub”.