Ermənilər Hikmət Hacıyevin adına saxta profillər yaratdıbackend

Ermənilər Hikmət Hacıyevin adına saxta profillər yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

“Report”un xəbərinə görə, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır”, – deyə Hikmət Hacıyev qeyd edib.

“Erməni təbliğat maşını mənim adımdan bu cür saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyatdır”, – Hikmət Hacıyev tvitterdəki digər paylaşımında əlavə edib.