Editor.az konkret.az-a istinadən bildirir ki, bu insanlar İrəvanın “Respublika” meydanından başlayan və Fransanın Ermənistandakı səfirliyi qarşısında davam edən aksiyada tələblərini səsləndiriblər.
“Doğma hökumətimiz bizi qaçqın kimi tanımırsa, o zaman bizim əvvəl yaşadığımız ərazilərə qayıdışımız necə baş verəcək?. Bizə heç bir status verilmir” – aksiya iştirakçılarından biri Aşot Arutyunyan bildirib.
“Biz artıq hökumətimizdən ümidimizi itirmişik, xarici dövlətlərin səfirliklərinə, beynəlxalq təşkilatlara müraciət edirik” – deyə etirazçılar qeyd ediblər. Aksiya iştirakçıları Azərbaycanla sülh şəraitində birgəyaşayış məsələsinə də toxunaraq, bunun mümkün olmadığını vurğulayıblar:
“Türklə dostluq mümkün deyil. Türklə barış olmaz. Siyasi mənada bir-birilərinə “biz dost olmalıyıq” deyirlər. Yəqin ki, bu bir oyundur. Əslində bunu iddia edənlər də bilirlər ki, bu mümkün deyil” – əvvəllər Hadrutda yaşamış İra Tamrazyan öz erməni xislətini nümayiş etdirib.

