Ermənilər Laçın şəhərinə görə hərəkətə KEÇDİ – “İtkilər OLACAQ”backend

Ermənilər Laçın şəhərinə görə hərəkətə KEÇDİ – “İtkilər OLACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhəri, Sos və Zabux kəndləri ətrafında vəziyyət yeni toqquşmaya səbəb ola bilər.

Bu iddia ilə Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan çıxış edib.

Abramyan iddia edir ki, 10 noyabr razılaşmasında Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsindən sonra Zabux və Sos kəndlərinin Azərbaycana təhvil veriləcəyi qeydi yoxdur: “Ermənistan tərəfi bundan istifadə etməli və Laçın şəhərində, eləcə də bu iki kənddə “erməni icması”nın qalmasına çalışmalıdır. Lakin bunu ehtiyatla etməliyik, çünki vəziyyət yeni toqquşma həddindədir”.

Onun sözlərinə görə, Azərbaycan sona qədər gedəcək və yeni yolun istifadəsindən sonra bu ərazilərə nəzarəti bərpa etmək üçün hər şey edəcək.

“Yeni toqquşma baş verərsə, itkilər qaçılmaz olacaq. Ermənistan tərəfi ehtiyatlı olmalıdır”, – Abramyan çağırış edib.

Milli.az