Ermənistanda 5-ci ordu korpusunun hərbi hissələrindən biri bu gün yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Heyət silah-sursatla tam təmin edilib və konsentrasiya bölgələrinə köçürülüb.
Qeyd edək ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə avqustun 25-dən Ermənistanda 3 aylıq hərbi təlim düşərgəsi başlayacaq.

