Erməni əsirlər niyə geri qaytarıldı? -Sülh müqaviləsi imzalanır? Şərhbackend

Erməni əsirlər niyə geri qaytarıldı? -Sülh müqaviləsi imzalanır? Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Ermənistana 5 “erməni əsiri” geri qaytardı.  Qaytarılma prosesində yenə də Rüstəm Muradovun birbaşa iştirakını görürük. Nəzərə alsaq ki, Rüstəm Muradov artıq bir aydan çoxdur ki, sülhməramlıların komandanı deyil, maraqlıdır, niyə bu proses yenidən onun iştirakçılığı ilə baş tutdu?  Terrorçular nəyin əvəzində geri qaytarıldı?

Məsələ ilə bağlı Editor.az-a danışan beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki,  Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı kimi fəaliyyəti kifayət qədər uğurlu oldu:

“Ondan sonra vəzifəyə Mixail Kosobokov təyin edilmişdi. 2  həftədən sonra Kosobokovu Gennadi Anaşkin əvəz etsə də, görünür, hər iki ölkə üçün uyğun təyinat kimi Rüstəm Muradovun üzərində dayanılır. Bu gün Moskvada  hökumətlərarası kommisiyanın iclası keçirilir . İclasın gündəliyi tərəflərin sülh müqaviləsinə gətirib çıxaran məsələlərin həllidir. Yekun sülh müqaviləsinin imzalanması da Moskvada baş tutacaq. Düşünürəm ki,  sülh prosesinə aparan bir neçə vacib amillərdən biri də 5 erməni terrorçusunun geri qaytarılması idi və bu da baş tutdu”.

//Gülnarə Abasova, Editor.az