“Ermənilər odla oynayır” – Kremldən İrəvana xəbərdarlıqbackend

“Ermənilər odla oynayır” – Kremldən İrəvana xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mediası, telegram kanallarının Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına qarşı hücumları səngimir. Ən adi jurnalistlərdən tutmuş yüksək səviyyədə təsmil olunanlar tərəfindən Rusiya ittiham olunur, hədələnir.

Cavad da özünü çox gözlətməyib. Rusiya təbliğat maşınının əsas ruporlarından hesab olunan tanınmış jurnalist, bir vaxtlar etmənilərə xüsusi rəğbəti ilə seçilən Viktor Solovyov özünün telegram kanalında erməniləri vəziyyəti gərginləşdirməkdə ittiham edib. “Rusiya sülhməramlılarına qarşı təhdidlər bəzi “xüsusən istedadlı” şəxslərin Gümrüdəki 102-ci hərbi bazanı blokadaya almaq niyyətləri ilə tamamlandı. Odla oynamaq çox təhlükəli bir dönüş alır. Bu onu göstərir ki, İrəvanda kimsə özünüqoruma instinktini tamamilə atrofiyaya salıb. Qondarma “Milli Demokratik Qütb” Rusiya hərbi bazasını mühasirəyə almaq qərarına gəlib”, – deyə Solovyov vurğulayıb.

Əlavə edir ki, xüsusilə də hərəkatın liderlərindən biri, Vahe Qasparyan müvafiq bəyanatla çıxış edib. “Yadda saxlamaq lazımdır ki, o qurum açıq-aşkar qərbyönümlü erməni radikallarının birliyidir. Onlar Ermənistanın KTMT-dən çıxmasını və hansısa yeni təhlükəsizlik sisteminin qurulmasını tələb edən aksiyalar keçiriblər. Və yeni sistem, görünür, onların fikrincə, Vaşinqtonun himayəsi altında qurulmalıdır”, – deyə tanınmış jurnalist yazıb.

Bildirir ki, burada Ermənistanın hazırkı baş naziri Paşinyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tələbəsi olduğunu, o da öz siyasətində tamamilə Qərbə yönəldiyini qeyd etməmək olmaz. 1998-ci ildə o, həm də digər qərbli Aşot Bleyanın seçki qərargahının koordinatoru olub. Qeyd edilir ki, o, Qarabağ münaqişəsinin ən qızğın vaxtında Bakıya səfər də edib. Solovyov belə bir sual verir – bütün bunlar nəticədə nə deməkdir? “Paşinyan bu cür müəllimlərlə həm də tamamilə qərbyönlü marionetdir. Sadəcə olaraq o, vicdan əzabı çəkmədən Rusiya ilə müttəfiqlik münasibətlərinə özünə sərfəli və hərdən daha yaxşı təqlid edə bilən şəkildə müraciət edir. Əks halda, “agent Nikol” ABŞ-ın vassalları sırasına rəsmən qoşulmağa tamamilə sadiqdir. Amma Ermənistanın baş naziri ağlını itirmiş radikallara rus hərbçilərini hədələmək üçün səssiz kart-blanş verəndə, bu, onun üçün həddən artıq çoxdur.

İrəvan üçün 102-ci hərbi baza Ermənistan dövlətinin mövcudluğunun təminatçısıdır. Rusiya silahlı qüvvələrinin bu ərazini tərk etməsi Vaşinqtona sərfəli olacaq, çünki bu, Moskvanın regionda mövqelərini zəiflədəcək. Ermənilər üçün bu, intihar olardı. Sonda isə Solovyov “görəsən Vaşinqtondakı rəhbəri ona nə vəd edib. Özləri üçün fəlakətli təxribatlara qərar verərsə, bu onun sonu olacaq”, – deyə fikrini tamamlayıb.

milli.az