İrəvanda hökumət əleyhinə etirazların dördüncü günündə Rusiyanın Ermənistandakı səfirliyinin qapılarına qırmızı boya töküblər. Sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, səfirliyə ciddi ziyan dəyməyib.
Editor.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Sosial şəbəkələrdə yayılan videolarda iki nəfərin əllərində kiçik boya torbaları tutaraq səfirliyin darvazalarına yaxınlaşdıqları görünür.
Darvazaya bir neçə addım qalmış naməlum şəxslər paketləri hasara doğru atırlar. Səfirliyin qapılarına yalnız bir paket boya çatır.
Qeyd edək ki, İrəvanda keçirilən etiraz aksiyalarında indiyədək 98 nəfər saxlanılıb.
//Samir Qurbanov, Editor.az