Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır – KİVbackend

Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisi növbəti dəfə işğal olunmuş Dağlıq Qarabağdan Ermənistana qaçaqmalçılıq yolu ilə silah gətirilməsini aşkar edib.

Editor.az xəbər verir ki, Trend-in erməni kütləvi informasiya vasitələrinə (KİV) istinadən məlumatına görə, hadisə Vardenis rayonunda qeydə alınıb.

Məlumata əsasən, Qarabağdan Ermənistana qayıdan şəxslərin avtomobilində qumbaralar, avtomat və patronlar aşkarlanıb. Silahlar müsadirə edilib.

Qeyd edək ki, son həftələr ərzində Qarabağdan Ermənistana bir neçə dəfə silah keçirilməsinin qarşısı alınıb.