Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar – FOTObackend

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin Kəlbəcər ərazisində yaratdığı “Şaumyan rayonu”nun Çaraktar kəndi ilə bağlı kuryoz olay baş verib.

Editor.az yenisabah.az-a istinadən xəbər verir ki, ermənilər bu kəndlərin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin Çaraktar kəndinin rəhbəri Kamo Tsakanyan deyib ki, sözügedən kənd və Aknaberd ermənilərin nəzarətində qalacaq.

Kənd sakinləri bundan son anda xəbər tutublar. “Çaraktar kəndinin sakinləri evləri yandıraraq buradan çıxıblar. Onların geri qayidacağı, yoxsa burada hərbi bazanın yerləşdiriləcəyi hələlik bəlli deyil”, – deyə Tsakanyan əlavə edib.

Çaraktar kəndi  Sovet dövründə Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra bu kənd Kəlbəcərin (ermənilər Kəlbəcəri işğal etdikdən sonra ayrıca “Şaumyan rayonu” da yaradıblar) tərkibinə verilib. Bu baxımdan, ermənilər düşünüb ki, Kələbəcər Azərbaycana qaytarılırsa, deməli, Çaraktar da əldən çıxır.

 

Bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də Çaraktarın adı Azərbaycana təhvil veriləcək yaşayış məskənkərinin siyahısında olmayıb.