Ermənilər Şuşada məscidi partlatmaq istəyiblər – Qəhrəman mayorumuz türk mediasına ŞOK FAKTLAR AÇIQLADI – VİDEObackend

Ermənilər Şuşada məscidi partlatmaq istəyiblər – Qəhrəman mayorumuz türk mediasına ŞOK FAKTLAR AÇIQLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsininin qəhrəmanlarından olan azərbaycanlı hərbçi, qəhrəman zabitimiz Ərşah Türkiyənin “Star” qəzetinə müsahibəsində sensasion sayıla biləcək faktlar açıqlayıb.

Qələbəmizin əldə olunmasında Türkiyə istehsallı texnikanın, xüsusilə pilotsuz uçuş aparatlarının, SİHA-ların mühüm rol oynamasından danışıb. Qarabağ qəhrəmanlarından olan mayor işğalçıların qaçarkən məscidlərə qoyduğu partlayıcı vasitələrdən şəhidlər verdiklərini ifadə edib. Ərşah “Şuşa şəhərini işğaldan xilas etdik. Bu, bizim üçün böyük qələbə idi. Bu həyəcanı sözlə ifadə etmək asan deyil. Burada şəhidlərimiz, qazilərimiz var idi. Şuşa türk dünyasında Qarabağın tacıdır”.

44 günlük müharibədə türk dünyasının verdiyi dəstəyə işarə edən mayor, “Türk dövlətinin, türk xalqının, Türk millətinin yanımızda olması, SİHA və İHA-ların dəstəyi, Bayraktarın bizimlə və bu döyüşdə bizə dəstək olması mübarizəmizi, qələbəmizi təmin edib”, – deyib.

Türk jurnalist Yakup Kösenin Şuşadan qaçarkən erməni qəsbkarlarının məscidlərə mina qoyması ilə bağlı sualına azərbaycanlı komandir belə cavab verib: “Bəli, buradan qaçarkən mina qoydular. Tarixi binaları dağıtdılar. Bildiyiniz kimi, məscidlərə mina qoydular. Hərbçilərimiz ora girərkən şəhid oldular. Ermənilər vandalizmlə məşğul olublar. Bu torpaqların sahibi bizlərik. Bu torpaqlarda yaşamış bir millət olsaydılar, buranı dağıtmazdılar. Bu torpaqlarda azərbaycanlılara məxsus tarixi abidələri dağıdıblar”, – deyə zabitimiz bildirib.

Milli.Az