Ermənilər təlaşda: “Azərbaycanlı əsgərlər daha bir kəndə girdilər”backend

Ermənilər təlaşda: “Azərbaycanlı əsgərlər daha bir kəndə girdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın tanınmış jurnalistlərindən olan Bella Lalayan şəxsi Facebook səhifəsində paylaşıb ki: “Türklər ilk dəfə Aknaxpyur kəndində peyda olublar”.

Ermənilərin “Aknaxpyur” dedikləri Aşağı Ağdan Ermənistanın İcevan (Karvansaray) rayonundadır.

Eyni zamanda, həmin adda kənd də Qarabağın Xocavənd rayonunda yerləşir və əsl adı Ağbulaqdır.

Ermənistandakı Aknaxpyur çar Rusiyası dönəmində Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının kəndi idi.

Rayon mərkəzindən 21 km məsafədə yerləşir.

Toponim türk dilində “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən ağ sözü ilə “çöl, səhra, açıq yer” mənasında işlənən dan sözünün birləşməsindən əmələ gəlib. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-cı il tarixli fərmanı kəndin adı ilə dəyişdirilib Morut, 11 noyabr 1970-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Aknaxpyur qoyulub.

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanla Ermənistan arasındakı dövlət sərhəddinin delimitasiyası və demarkasiyası prosesi davam edir.

28 illik işğal zamanı Ermənistan ərazisinə ilhaq edilmiş Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Qazax rayonlarının kəndləri ilə əraziləri azad olunur, həmin məkanlarda Azərbaycan bayrağı ucaldılır.

Hazırda proses Ermənistanın Tavuş rayonuna çatıb.

Xocavənd rayonundakı Ağbulaq kəndi isə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

//milli.az

Loading...