Ermənilər və 7 lobbi qrupu hərəkətə keçdi – Anti-Türkiyə PLANIbackend

Ermənilər və 7 lobbi qrupu hərəkətə keçdi – Anti-Türkiyə PLANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ankaranın F-16 tələbinə “yaşıl işıq” yandırmasından sonra anti-Türkiyə lobbisi hərəkətə keçib.

Türkiyə ABŞ-dan 40 ədəd F-16 və 80 modernləşdirilmiş dəsti almaq üçün müraciət edib. Bayden administrasiyası Konqresdən buna icazə verilməsini istəyib.

Amerika Erməniləri Milli Komitəsi (ANCA) də daxil olmaqla 7 lobbi qrupu F-16-ların satışına qadağa qoyulması üçün kampaniyaya başlayıb.

Lobbi qrupları müraciət yayaraq, Konqresin satışa icazə verməməsini tələb edir. Bunun ABŞ-ın milli dəyərlərinə zidd olduğu iddia olunur.

Publika.az