Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistandan mühacirətin səbəblərini sadalayıb.
O, respublikanın Avropadakı mühacirləri ilə ünsiyyət təcrübəsini bölüşüb. Paşinyan, Avropada olduğu müddətdə ölkəni tərk edən ermənilərə rast gəldiyini söyləyib. Baş nazir, bəzi mühacirlərin kafe və otellərdə işlədiyini qeyd edib. Bundan əlavə, hökumət başçısı Ermənistandan olan vətəndaşların mühacirətindən xəbər verib.
“Bu, saç düzümünə görə, digəri, qabağındakı sırğaya görə, üçüncüsü xaşı, dördüncü isə kababı sevmədiyinə görə ölkəni tərk edib”, – Nikol Paşinyan deyib. Bundan əlavə, Paşinyan, Ermənistan keçmiş sakinlərinin yüksək qazanc, həm də ordu ilə əlaqəli olan qorxuları ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını söyləyib.
//Samir Qurbanov, Editor.az

