Ermənilər yenidən Gümrüdəki Rusiya hərbi bazasına hücum etdilərbackend

Ermənilər yenidən Gümrüdəki Rusiya hərbi bazasına hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni radikallarının Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq tələbi ilə daha bir təxribata əl atıblar.

Editor.az-ın məlumatına görə, təxribatı “Milli Demokratik Qütb” radikal hərəkatı təşkil edib. Aksiyada yüzə yaxın insan iştirak edib. Nümayişçilərin əllərində bayraqlar, habelə Rusiya əleyhinə şüarlar yazılmış və Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edən plakatlar olub.

Təşkilatçılar tərəfindən irəli sürülən tələblərə görə, aksiya Laçın yolundakı vəziyyətə diqqəti cəlb etməli idi. Bundan başqa, radikalların fikrincə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verənlərə müdaxilə etməyə borclu olan Moskvaya “təzyiq” etmək üçün Rusiya hərbi bazasını “bloklamaq” nəzərdə tutulurdu.

  //Samir Qurbanov, Editor.az