Ermənilər Zaxarovanı da bezdirdilər – FOTObackend

Ermənilər Zaxarovanı da bezdirdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova soyuqqanlı davranışı ilə tanınır. Onun artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi, habelə Azərbaycan-Ermənistan problematikası ilə bağlı açıqlamaları səthi də olsa, diplomatik etiket qaydalarına uyğunluğu ilə seçilir.

Lakin M.Zaxarovanın da təbdən çıxdığı hallar olur.

Rusiya Federasiyasının Qarabağ, habelə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya prosesi, Zəngəzur dəhlizi və kommunikasiyaların açılması ilə bağlı mövqeyini M.Zaxarova açıqlayıb.

Bu açıqlama erməniləri razı salmayıb.

Ermənistan vətəndaşı olan Armine Xarazyan M.Zaxarovanın Facebook səhifəsində ona yazıb: “Axı bu, sizi niyə belə narahat edir? Fransa və Almaniya olsaydı bəs?! Başqa suveren ölkəyə görə niyə narahatsınız?! Nədənsə burnunuz həmişə çox uzun olur. O burun həmişə olmadığı yerdə olur…”

Mariya Zaxarovanın erməniyə cavabı tərs şillə kimi olub: “Bizi nəyinsə narahat etməsi niyə sizi belə güclü narahat edir?”